Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Kazanda Nizami Gəncəviyə həsr olunmuş simpozium təşkil edilib

Kazanda Nizami Gəncəviyə həsr olunmuş simpozium təşkil edilib
REKLAM ALANI
21.03.2023
A+
A-

 

 

 

Kazanda Nizami Gəncəviyə həsr olunmuş simpozium təşkil edilib
, 2023
Kazanda Nizami Gəncəviyə həsr olunmuş simpozium təşkil edilib
Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Nizami Gəncəvi və türk dünyası” mövzusunda simpozium keçirilib.

“Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının və Tatarıstan Xalqlar Məclisi Kazan (Privoljsk) Federal Universitetinin (KFU) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan diasporunun fəalları, universitetin müəllim-tələbə heyəti iştirak edib.

Tədbir iştirakçılarını salamlayan “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının İdarə Heyətinin sədri Bəhram Mustafayev Azərbaycanın dahi şairi və mütəffəkkiri Nizami Gəncəvinin həyat və fəaliyyətindən, dünya ədəbiyyatına töhfələrindən və türk dünyası ilə əlaqələrindən danışıb.

Sonra Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun direktoru, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Radif Zamaletdinov, Milli Mədəniyyət və Təhsil üzrə Ali Məktəbin dekanı, pedaqoji elmlər namizədi, dosent Ramil Mirzəqitov, KFU-nun Ümumi dilçilik və türkşünaslıq kafedrasının professoru, filologiya elmləri doktoru Əlfiya Yusupova, KFU-nun tatar ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, Tatarıstan Respublikasının əməkdar elm xadimi Xatip Minnequlov qüdrətli söz ustadının türk dünyasında rolu barədə məruzələrlə çıxış ediblər.

İnternet bağlantısı ilə tədbirə İstanbuldakı Mərmərə Universitetinin dosenti Mehdi Gəncəvi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Mahirə Hüseynova qoşulublar. Tədbirdə həmçinin Azərbaycan diasporunun üzvü, texniki elmlər namizədi, ixtiraçı Elman Nərimanov da çıxış edib. Onlar türk ədəbiyyatının təşəkkülündə Nizami Gəncəvinin mühüm roluna diqqəti cəlb ediblər.

Tədbirin sonunda KFU-nun tələbələri və “Tatarıstan Respublikası Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının gənclər qanadının fəalları dahi şairin qəzəllərini səsləndiriblər.

Tatarıstanın diaspor təşkilatı adından Kazan Federal Universitetinin kitabxanasına Nizami Gəncəvinin ölməz “Xəmsə”si hədiyyə edilib.

Simpozium Tatarıstan və Azərbaycan KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/kazanda-nizami-genceviye-hesr-olunmus-simpozium-teskil-edilib-2610

 

 

 

REKLAM ALANI