Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Siyasi şərhçi, Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı , “Naxçıvan, Ümid və İnamın astanasında” ,Özel Röportaj

Siyasi şərhçi, Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı , “Naxçıvan, Ümid və İnamın astanasında” ,Özel Röportaj
REKLAM ALANI

Ülkər Piriyeva – Azerbaycan

“Bir müddətdir müqəddəs yurd yerimiz olan Naxçıvan “bayağı və ucuz” müzakirə predmenti olmayacaqdır.

Ümidvarıq ki, yeni təyinat Naxçıvanın kompleks tərəqqisini şərtləndirərək, rayonlar arasında ayrı-seçkilik edilmədən təbii potensiallarına uyğun olaraq mexanizm qurulacaqdır.”

Bu fikirləri 1453 KralMedia-nın Azərbaycan nümayəndəsi Ülkər Piriyevaya verdiyi reportajında Siyasi şərhçi, Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı səsləndirib.

 

Siyasi şərhçi, Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlı –
Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası fonunda cərəyan edən hadisələr dövlətçilik baxımından – milli təhlükəsizlik dərəcəsinə görə həyati vacib əhəmiyyət daşıyır. Ali dövləti səviyyədə atılan addımlar unikal xarakterə malik olmaqla yanaşı, özü-özlüyündə dövlətə və cəmiyyətə bütöv orqanizm yanaşması meyarını etiva edir.
Bu fövqəladə dəyişikliklərə yeni dövrün “təkidli tələbi” kimi iki aspektdən baxa və görə bilərik:

1. İndiki AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI;

2. Hazırkı NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KONSTİTUSİYASI.

Ümidvarıq ki, məhz atılan bu addım Azərbaycan Respublikasının Konstitusiyasının VIII Fəslində yer alan “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”;

İnanırıq ki, məhz atılan bu addım Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulasında qeyd edildiyi kimi, “haqq-ədalətə, qanuna əsaslanaraq Naxçıvan Muxtar Respublikasının əhalisinin layiqli həyat səviyyəsini təmin etmək, güzəranını yaxşılaşdırmaq;” prinsipini sözdə deyil, əməldə qət edəcəkdir.

Əsil məram və mətləbin incəlməsi –

Nəhayət, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın üzünə gün doğdu.
“Ümid körpüsü”ndən “İnam çırağı”nadək baş verən proses və hadisələr kökündən dəyişdi və yeniləşdi. Nuhun diyarında qaranlıqdan işığa doğru bir addım atıldı. Qoca Şərqin nimdaş qapısı açıldı. Türkün göy qübbəsi genişləndi. Üfüqümüz aydınlandı…

Hüququn aliliyinin müyyən edilməsi –

2022-ci il, 22 dekabr tarixində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Azərbaycan Respublikası Prezidenti Fərman imzaladı.
Prezident cənab İlham Əliyev düz 27 il sonra Azərbaycan Respublikasının müasir inkişaf tempi ilə ayaqlaşmayan, köhnəlmiş, yeni tələblərə cavab verməyən üsul-idarəni ləğv etdi və müvafiq tipli inzibati-amirlik sisteminə son qoydu.

Bu ümumilikdə optimal idarəetmə üsulu Azərbaycan üçün yeni model və pilot layihə hesab oluna bilər.

Kardinal dəyişikliklərin başlıca səbəbi –

Uzun illərdən bəri mərkəzdənqaçma qüvvəsi ilə fəaliyyətini, istiqamətini və ümumiyyətlə mövcudluğunu qoruyan, həmçinin öz ampulasında olan koordinat sisteminə nəzərən müəyyən edilən hərəkətə nöqtə qoyulur.

Mənəm-mənəmlik zərif missiya ilə əvəz edilir.

Mövcud reallığa əsaslanmayan – çağırışla uzlaşmayan tərsmütənasib və qeyri-adekvatlıq təşkil edən Naxçıvandakı dövlət-hakimiyyət idarəçiliyin təkmilləşdirilməsi istiqamətində imza atılması “Alçaldılmış və təhqir olunmuşlar”ın duasının qəbul edilməsidir.

Milli dövlətçiliyə şüurlarda ümidin yaranması və mərkəzi hakimiyyətə inamın artmasına bir səbəbdir.

Həyatın tələb-təklif prinsipini heçə sayaraq, öz fəaliyyət ansambılı – “yeni idarəetmə forması” əsasında qurulan bir qərinə tarixin dərinliklərinə gömüldü.

Məşhur 91-lərdən mərhum Mirzə Əsgərov təsis etdiyi “Naxçıvan” qəzetinə lozunq məsləhətləşəndə dahi öndər Heydər Əliyev demişdir:
“Haqq Tanrıdan ucadır”.

Subyektiv nəticə və obyektiv gözləntilər –

Zənnimizcə, bu qərar öz cismi və ruhu ilə bu diyarın insanlarının diqqət və qayğısını oxşayır. İllərdən bəri, göz yumulan itirilmiş hüquqlarının bərpasından xəbər verir. Hər bir addım elimizin dirilişinə – əhalinin gün-güzəranının dirçəlişinə öz töhfəsini verəcəkdir.

Ən nəhayət, bir müddətdir müqəddəs yurd yerimiz olan Naxçıvan “bayağı və ucuz” müzakirə predmenti olmayacaqdır.
Ümidvarıq ki, yeni təyinat Naxçıvanın kompleks tərəqqisini şərtləndirərək, rayonlar arasında ayrı-seçkilik edilmədən təbii potensiallarına uyğun olaraq mexanizm qurulacaqdır.
Nəticə etibarilə Naxçıvanın fundamental və kompleks inkişafının şahidi olacağıq.
Qədim dövlətçilik ənənələrinə və paytaxt mədəniyyətinə sahib olan bu məkan Kordova, Səmərqənd, Bursa və s. şəhərlərlə müqayisə olunacaqdır. Bura Kampusları olan cəlbedici Beynəlxalq Tələbə Mərkəzinə çevriləcəkdir.

Seçim qarşısında olan təklif və tövsiyələr –

2020-ci ildə 7 saylı Ordubad-Culfa seçki Dairəsindən Milli Məclisə növbədənkənar seçkilərdə platformamızda qeyd etdiyimiz məsələlərin həllini tapmasını gözləyirik.
Beləki, Ordubad kimi tarixi və etnoqrafik xüsusiyyətlər baxımından seçilən bir yerdə ekoturizm inkişaf etdirilməyibsə, otel, motel və ya hostel yoxdursa, habelə İpək fabriki və Konserva zavodu tam gücü ilə işləmirsə, onda hansı inkişafdan söhbət gedə bilər. Kənd təsərrüfatı, sənaye və s. sferalara diqqət və qayğıdan danışsaq olar. Nə isə…

İnfrastruktur obyektləri icra edilməmişdən, şəhərlərdə, qəsəbə və kəndlərdə xüsusilə məktəblər tikilməmişdən öncə uşaqların valideynləri üçün məşğuliyyət, iş yerləri düşünülməli və sərbəst hərəkət fəaliyyətlərinə imkan verilməlidir. Kiçik və orta sahibkarlığa stimul yaradılmalı, mini istehsal müəssisələri – mini sexlər qurulmalıdır. Culfada Tibbi Turizm və Azad İqtisadi Zona yaradılmalıdır.
Təcrübəli şəxslər, bura cani-könüldən bağlı, müştaq olan insanlar, sözün əsil mənasında kadrlar irəli çəkilməlidir.

İnanırıq ki, bu təyinat itirilmiş ümid və inamın bərpası olacaqdır. Bu məkan, yurd, el üçün çəkilən əziyyətlər öz bəhrəsini verəcəkdir.

İctimai rəylərə əsaslanan gözləntilər –

Ümumilikdə götürdükdə, bu tarixi diyar strateji mövqeyə və həssas coğrafiyaya malikdir. Ötən dövrün keşməkeşləri burada “haqqı naziltsə də üzə bilməyib”. Amma qəlblər kövrək və öləziyibdir.

Bu nöqteyi-nəzərdən imkanlar açılmalı, genişləndirilməli və “şoranlaşmış torpaq”duzdan, daşdan, kəssəkdən təmizlənməlidir.
Elə bir şərait yaradılacaqdır ki, Naxçıvandan Bakıya deyil, Bakıdan Naxçıvana üz tutulacaqdır. O şəxslər ki, ev kirayəsi üçün öz evini tərk etmişdi: Ata ocağını söndürərək, darvazasını kilidləyərək – kirayənişin qaldığı evin kombisini yandırırdı, qapısını açırdı.
Bir evdə bir ailə yox, bir necə ailə qalmağa məcbur olurdu, məhkum olunurdu.
Bir sözlə, bütün bunlara son qoyulacaqdır…

Bu təyinat itirilmiş ümid və inamın bərpası olacaq, eyni zamanda bundan belə məkan, yurd, elimiz üçün çəkilən əziyyətlər öz bəhrəsini verəcəkdir.

İdarəetmədə insan faktorunun danılmazlığı –

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin cənab Fuad Nəcəflinin özəl sektorda, ələlxüsus sənaye-istehsalat sahəsində iş təcrübəsi çox önəmlidir.
İnzibati, ən əsası, yerli idarəetmənin bazis və yüksəliş fəlsəfəsini bu xüsuslar təşkil edir.
Əmin olmaq istərdik ki, məhz bu təyinat itirilmiş ümid və inamın bərpası olacaqdır. Bu məkan, yurd, elimiz üçün yararlı, faydalı olacaq və bu qism çəkilən əziyyətlər öz bəhrəsini verəcəkdir.

Əminik ki, burada zülm ərşə çəkiləcək: “Əsahabi-Kəhf” mağarasının müqəddəsliyi qalacaq, amma insanlar haqqı görmək üçün daha yatmayacaq və bu ədalətə şahidlik etmək üçün daha 27 il gözləməyəcəkdir…
Burada aparılan islahatlar Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorumasına, dünya azərbaycanlılarının həmrəyliyinin fəlsəfəsinə və “Türk dünyası” birliyinin məntiqinə söykənəcəkdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olacaqdır.
Bununla, ümummilli lider Heydər Əliyevin ruhu şad olacaqdır.

İyirmi beş ildə edilən ilk cəhdlərdən biri –

Qeyd edim ki, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Milli Məclisə növbədənkənar seçkilər ilə bağlı “Ümid edirəm, gənclər də parlament seçkilərində çox fəal olacaqlar” çağırışını əsas götürərək seçkilərə qatılmışdım.

Məhz 7 saylı Ordubad-Culfa seçki dairəsini seçməyim, buradan namizədliyimi
irəli sürməyim heç də təsadüfi deyildir…
Seçicilərin yüksək səs çoxluğunu qazansaqda, bu “etimada” layiq görülmədik.
Sadəcə bir məsələ təəssüf doğurur ki, rəsmi şəkildə seçicilərimə verdiyim sözü tuta – müsəlləh əsgər kimi xidmət edə bilmirik…
Unutmayaq, səs və söz Uca Yaradana məxsusdur.

Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru/Siyasi şərhçi

Açıklama yok.

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.