SSR – Orta Asya Gazetesi

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Milli dövlətçiliyin bərpası..”, ÖZEL
Azərbaycan Millət vəkili Məşhur Məmmədov,

“Milli dövlətçiliyin bərpası..”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov,

Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşdü. 30 sentyabr 1990-cı il tarixində Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi.

Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Bu da təsadüfi deyildi. Çünki Ulu Öndər uzun illər Azərbaycan Respublikasına bacarıqla rəhbərlik edib, dünyanın iki nəhəng dövlətindən biri kimi tanınan Sovet İttifaqının aparıcı dövlət xadimlərindən biri olub. Bütün bunlarla yanaşı, Azərbaycanın qədim dövlətçilik ənənələrinə dərindən bələd olub, milli ideologiyanın əsasını qoyub, milli maraqlarımızın məğlubedilməz müdafiəçisinə çevrilib.

Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə olmuşdu. Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 1991-ci il fevralın 5-də açılmış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.

Ulu Öndər Heydər Əliyev 1991-ci il iyulun 19-da Kommunist Partiyasından çıxdı. Xalq imperiyanın bərpası üçün cəhdlərə onun bu qəti etirazını razılıqla qarşıladı. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir.

Bunun nəticəsində həmin sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Bununla da Ulu Öndərin milli dövlətçiliyin bərpası üçün danılmaz fəaliyyətinin təməli qoyuldu. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. O vaxt ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.

Öz müstəqilliyini bərpa edən Azərbaycan məhz o dövrdə demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində bütün sahələri əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir.

Ülker Piriyeva/ Azerbaycan

Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”
Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”

📌 https://t.co/KKvgDftXbu

📽️ https://t.co/4nEqUdDERB pic.twitter.com/oWECsboIVY

— Azerbaijani Diaspora (@DiasporaAz) February 21, 2023

Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”

, 2023

Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”

“Keçən əsrin 60-cı illəri Cənubi Qafqazın siyasətində, iqtisadiyyatında, eləcə də, mədəniyyətində baş verən mühüm dəyişikliklərlə yadda qalıb. Həmin illərdə Heydər Əliyevin Azərbaycan SSR Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın iqtisadiyyatı və bütövlükdə ölkənin bütün sahələrdə inkişafında mühüm rol oynadı”.

Bu sözləri Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşərkən söyləyib.

O deyib: “Mən o xoşbəxt insanlardan biriyəm ki, onunla bir neçə dəfə görüşmüşəm. Keçən əsrin 90-cı illərində İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) rektoru idim. Universitetin Ali Şurasının qərarı ilə Heydər Əliyev TDU-nun fəxri doktoru adına layiq görülmüşdü. Həmin ilin yazında o, böyük nümayəndə heyəti ilə Tbilisiyə səfərə gəldi. Aprel ayının əvvəlində Heydər Əliyev nümayəndə heyəti ilə TDU-ya baş çəkdi. Heyətə siyasətçilər, Milli Məclis sədri, akademiklər Ziya Bünyadov və İqrar Əliyev kimi görkəmli tarixçilər daxil idi. Təntənəli mərasimdə Gürcüstan Prezidenti Eduard Şevardnadze də iştirak edirdi. Mən rektor olaraq TDU-nun fəxri doktoru mükafatını Heydər Əliyevə təqdim etdim. O, çox məmnun idi. Çıxışında necə səmimi insan olduğunu göstərdi”.

Akademikin sözlərinə görə, mükafat münasibətilə Eduard Şevardnadze, alimlər və tələbələr də Ulu Öndəri təbrik ediblər. Onun çıxışı çox yaddaqalan olub: “O, gürcü xalqına böyük sevgisindən danışdı, universitet və tələbələrə xoş sözlər ünvanladı. TDU-nu Bakı Dövlət Universiteti ilə müqayisə edərək, bu haqda öz fikirləri ilə bölüşdü, həmçinin yaxın illərdə BDU-nun yubileyinin keçiriləcəyini bildirdi. Belə bir təntənəli mərasimdə mən onun TDU-nun fəxri doktoru seçilməsi ilə bağlı və bu ada layiq görülməsi haqda fikirlərimi bölüşdüm. Sonda diplom və medalı ona təqdim etdim. Mərasimdə Eduard Şevardnadze təbrik nitqini söylədi. Sonra biz üçümüz – mən, Heydər Əliyev və Eduard Şevardnadze bir yerdə söhbət edərək bir çox məsələlərin müzakirəsini apardıq. Biz söhbət əsnasında bütövlükdə Qafqazın inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq. Bu ilk görüş xatirəmdə böyük iz buraxıb.

Heydər Əliyev böyük siyasətçi olaraq həmin illərdə Azərbaycanda nəinki iqtisadiyyatın, həmçinin mədəniyyət və elmin inkişafına da xüsusi diqqət yetirirdi. Mən deyərdim ki, Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bu ölkə mədəniyyət sahəsində öz intibah dövrünə qədəm qoyub. Bu illərdə həm Gürcüstan, həm də Azərbaycan iki dövlət başçısının rəhbərliyi altında bir çox mədəniyyət sahəsində keçirilən festivalların qalibi olublar.

Ulu Öndərlə ikinci görüşünü xatırlayan akademik deyib: “Onunla ikinci dəfə 1998-ci ildə görüşüm oldu. Həmin ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) 80 illik yubileyi qeyd edilirdi. Mən Bakıya yollanan nümayəndə heyətinə rəhbərlik edirdim. Yubiley tədbirində Türkiyənin təxminən 15 rektoru iştirak edirdi.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi də mərasimə qatılmışdı. Heydər Əliyev rektorlarla ayrıca görüş keçirməyə qərar verdi. O, çıxış edəndən sonra söz rektorlara verildi. İlk öncə türkiyəli rektorlar çıxış etdi, mən və Viktor Sadovniçi qaldıq. MDU rektorunun çıxışından sonra söz mənə verildi. Fikirləşdim ki, iki saatlıq görüşdən sonra Heydər Əliyev yorğun ola bilər. Mən ona müraciət edərək xatırlatdım ki, rektoru olduğum TDU-nun fəxri doktorudur. O, şad olduğunu söylədi və 40 dəqiqə ərzində Gürcüstan və bizim dostluğumuzdan danışdı. Heydər Əliyev böyük mənəvi zənginlik saçan insan idi. Onun gördüyü işlər o qədər böyükdür ki, bütün miqyasını dəyərləndirmək mümkün deyil. Mən deyərdim ki, Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri olub”.

R.Metrevelinin fikrincə, dünyada bir nömrəli adamlar olub, ancaq Heydər Əliyev fenomeni doğrudan da tarixi hadisədir. “O, dünya şöhrətli siyasətçi, görkəmli bir şəxsiyyətdir. Sevindirici haldır ki, belə bir tarixi şəxsiyyətin siyasi kursunu ləyaqətlə davam etdirən praqmatik siyasətçi İlham Əliyev var. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir. İlham Heydər oğlu dərin təhsilli şəxs, vəziyyətə hakim dövlət başçısıdır. Hesab edirəm ki, o, atasının yolunun və işinin layiqli davamçısıdır”, – deyə Roin Metreveli vurğulayıb.

R.Metreveli sonda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycan xalqını təbrik edib, xoş arzularını çatdırıb.

Play

00:00

01:38

Mute

Settings

Enter fullscreen

Play

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/roin-metreveli-quot-heyder-eliyev-dunya-miqyasinda-en-nufuzlu-siyasetcilerden-biri-idi-quot-2412

Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli: “Heydər Əliyev dünya miqyasında ən nüfuzlu siyasətçilərdən biri idi”

📌 https://t.co/KKvgDftXbu

📽️ https://t.co/4nEqUdDERB pic.twitter.com/oWECsboIVY

— Azerbaijani Diaspora (@DiasporaAz) February 21, 2023